Xətai rayonunda küçələrdən birində hərəkət müvəqqəti məhdudlaşdırılır

17:16 - 24.08.2026


24 avqust, Fineko/abc.az. Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin Babək prospektindən Xocalı prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, məhdudiyyət aşağıdakı saatlarda tətbiq olunacaq:

  • 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək;

  • 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət marşrutlarından istifadə etmələri xahiş olunur.