16:50 - 24.08.2026
24 avqust, Fineko/abc.az. Avstriya, Almaniya, İspaniya, Polşa və Portuqaliya ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda neftin kəskin bahalaşması ilə əlaqədar neft şirkətlərinə xüsusi verginin tətbiq olunmasını təklif ediblər.
Beş ölkənin maliyyə nazirləri bu məsələnin sentyabr ayında Dublində keçiriləcək Aİ Maliyyə Nazirləri Şurasının iclasında müzakirə edilməsinə çağırıblar.
Müraciətdə qeyd olunur ki, dünyada istehlakçılar yaşayış xərclərinin artması ilə üz-üzə qaldığı bir vaxtda neft gigantları bazar şəraitindən istifadə edərək əlavə və yüksək gəlirlər əldə edirlər.
25 Avqust 2026