"Qazatomprom" Rusiyanın "Uranium One" şirkətinə uran tədarük etməyi planlaşdırır

17:13 - 24.08.2026


24 avqust, Fineko/abc.az. Qazaxıstanın "Qazatomprom" milli atom şirkəti səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması barədə bildiriş yayımlayıb. İclasın gündəliyinə daxil edilən əsas məsələlərdən biri U3O8 formasında təbii uranın tədarükünə dair iri əqdin (müqavilənin) bağlanmasıdır.

Sazişin təfərrüatları açıqlanmasa da, tədarükün Rusiyanın "Rosatom" dövlət korporasiyasının tərkibinə daxil olan "Uranium One" beynəlxalq şirkətlər qrupu ilə həyata keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, "Qazatomprom" Çinin "State Nuclear Uranium Resource Development Company Ltd." şirkəti ilə təbii uran konsentratlarının alqı-satqısına dair spot müqaviləsinin bağlandığını da bəyan edib.