17:07 - 24.08.2026
24 avqust, Fineko/abc.az. 2024-cü ilin yekunlarına əsasən, dünyada kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının dəyəri 5,2 trilyon dollar təşkil edib.
Hesabat dövründə Çin 1,9 trilyon dollar göstərici (qlobal həcmin 35,6 %-i) ilə dünya birinciliyini açıq fərqlə əlində saxlayıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Hindistan (573 mlrd. dollar / 10,9 %) və ABŞ (451 mlrd. dollar / 8,6 %) tutub. Liderlər beşliyinə həmçinin Braziliya (204 mlrd. dollar) və İndoneziya (145 mlrd. dollar) daxil olub.
İlk onluqda yer alan digər ölkələr Türkiyə (92 mlrd. dollar), Rusiya (87 mlrd. dollar), Yaponiya (86 mlrd. dollar), Fransa (82 mlrd. dollar) və Meksikadır. Avropanın digər aparıcı iqtisadiyyatlarının (Almaniya, İtaliya, İspaniya) hər birinin qlobal bazardakı payı 1-1,2 % civarında qərarlaşıb.