Britaniyada pərakəndə satışlar artıb

16:33 - 11.07.2023


11 iyul, Fineko/abc.az. Britaniya Pərakəndə Satıcılar Assosiasiyası (BRC) və KPMG İngiltərədə pərakəndə satış məlumatlarını açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə pərakəndə satışlar iyun ayında keçən ilin eyni dövrü ilə müqayisədə 4,9% artıb. Məlumata görə bu artım son 12 ayın ortalamasının üzərində olub.

Ərzaq satışları bu dövrdə 9,8% artaraq son 12 ayın orta göstəricisi olan 7,7% artımı üstələyib.

Onlayn ərzaq satışı 1% azalıb.