12:15 - 17.08.2026
17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycan Rusiyaya 731,7 milyon dollar dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib ki, bu da illik müqayisədə 2,1% çoxdur.
Qeyri-neft-qaz ixracının dəyəri digər əsas tərəfdaş ölkələr üzrə aşağıdakı kimi dəyişib:
Türkiyə: 390,6 milyon dollar (15% artım)
Gürcüstan: 328,05 milyon dollar (78,8% artım)
İsveçrə: 251,6 milyon dollar (34,8% artım)
17 Avqust 2026
15 Avqust 2026