17:28 - 17.08.2026
17 avqust, Fineko/abc.az. Keçən il Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyaların həcmi 214,4 milyon ABŞ dolları təşkil edib.
Gürcüstan Milli Statistika Xidmətinin dəqiqləşdirilmiş hesabatına istinadən bildirilir ki, bu göstərici ilə Azərbaycan Gürcüstana ən çox sərmayə qoyan ölkələr arasında ikinci yeri tutub. Azərbaycanın ölkədəki ümumi xarici investisiyalardakı payı 11,3% olub.
Siyahıda birinci yeri 426,6 milyon dollar göstərici (22,4% pay) ilə Böyük Britaniya, üçüncü yeri isə 202,4 milyon dollar göstərici (10,6% pay) ilə Türkiyə tutub.
17 Avqust 2026
15 Avqust 2026