17:39 - 19.08.2026
19 avqust, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyinin uzunmüddətli dövlət istiqrazlarının geri alınması həcmini azı iki dəfə artıracağını bəyan etməsindən sonra uzunmüddətli istiqraz bazarında kəskin qiymət artımı (ralli) müşahid olunub.
Qərardan sonra 30 illik istiqrazların gəlirliliyi 9 baz bəndinədək azalaraq 5,19% səviyyəsinə düşüb. Bu addım qlobal miqyasda intensiv satış təzyiqi altında olan istiqraz bazarlarına müvəqqəti rahatlıq gətirib.
Bəyanatdan əvvəl 30 illik istiqrazların gəlirliliyi 2007-ci ildən bu yana ən yüksək həddə çatmışdı, lakin geri alım həcminin artırılması xəbəri bazarda güclü alış tələbi yaradıb. Market iştirakçılarının 20 illik yeni istiqrazlar üzrə keçiriləcək 16 milyard dollarlıq hərraca hazırlaşdığı bir vaxtda atılan bu sürpriz gediş borclanma bazarındakı gərginliyi səngidib.
Nazirlikdən bildirilib ki, əməliyyatların miqyasının böyüdülməsi bazarda likvidliyi dəstəkləmək və uzunmüddətli qiymətli kağızlar seqmentində sabitliyi təmin etmək məqsədi daşıyır.
21 Avqust 2026
19 Avqust 2026