17:21 - 17.08.2026
17 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 589,2 milyon ABŞ dolları dəyərində 503,1 min ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinin göstəricilərinə əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 82,8 milyon ABŞ dolları (16,3%), həcm baxımından isə 12,5 min ton (2,5%) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir ölkənin ümumi ixrac gəlirlərinin 3,05%-ni təşkil edib.
Cari ilin 7 ayında Azərbaycan həmçinin 193,7 milyon ABŞ dolları dəyərində 214,6 min ton meyvə-tərəvəz idxal edib. Bu da ilbəil müqayisədə dəyər baxımından 2,2 milyon dollar (1,1%) çox, həcm baxımından isə 33,8 min ton (13,6%) azdır. Meyvə-tərəvəz idxalına çəkilən xərc ümumi idxal xərclərinin 1,9%-nə bərabər olub.
Yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi illik 1,3% artaraq 29 milyard 216 milyon ABŞ dollarına çatıb. Ümumi dövriyyənin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27% artdığı, idxal isə 27,4% azaldığı üçün xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
17 Avqust 2026
15 Avqust 2026