"Amazon" dronla çatdırılma şəbəkəsini 500 məntəqəyə çatdırır

22:26 - 19.08.2026


19 avqust, Fineko/abc.az. "Amazon" şirkəti ilin sonunadək dronla çatdırılma xidmətini ABŞ-ın yüzlərlə şəhər və qəsəbəsinə genişləndirəcəyini bəyan edib. Şirkət hazırda bu xidməti yalnız 11 mərkəzdən həyata keçirir.

Qeyd olunub ki, bir çatdırılma habı təxminən 12 kilometr (7,5 mil) radiusda yerləşən bir neçə yaşayış məntəqəsinə xidmət göstərə bilir. Layihənin tam icrası ilə əhatə dairəsinin 500 məntəqəyə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, "Amazon"un yeni "MK30" dron modeli bağlamaları birbaşa yerə enmədən, havalanmış vəziyyətdə təhlükəsiz şəkildə buraxır. Dronla çatdırılma haqqı adi müştərilər üçün 4,99 dollar, "Prime" üzvləri üçün isə 2,99 dollar təşkil edir. Məbləği 50 dollardan yuxarı olan sifarişlərdə isə çatdırılma ödənişsizdir.