10:55 - 23.06.2023
23 iyun, Fineko/abc.az. ABŞ-ın çip istehsalçısı “Micron” Hindistana sərmayə qoymağa hazırlaşır.
ABC.AZ xəbər verir ki, ABŞ-ın mikroçip istehsalçısı “Micron” Hindistanın Qucarat şəhərində yeni yarımkeçiricilərin montajı və sınaq qurğusunun tikintisinə 825 milyon dollara qədər sərmayə qoyacağını açıqlayıb.
Qucaratda yeni montaj və sınaq qurğusunun mərhələli tikintisinə isə bu il başlanması gözlənilir.
Açıqlamada, obyektin birinci mərhələsinin 2024-cü ilin sonuna kimi istifadəyə verilməsinin planlaşdırıldığı və qlobal tələb meyllərinə uyğun olaraq zamanla gücün mərhələli şəkildə artırılacağı bildirilib.
Bununla yanaşı investisiya məbləği 825 milyon dollara, Hindistan hökumətinin və Qucarat əyalətinin dəstəyi ilə obyektə qoyulacaq ümumi investisiyanın isə 2,75 milyard dollara çatacağı qeyd edilib.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026