11:46 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2026-cı ilin ikinci rübü üzrə ölkənin xarici borc statistikasını açıqlayıb.
Məlumatlara əsasən, Türkiyənin ümumi məcmu xarici borc ehtiyatı əvvəlki rüblə müqayisədə 3,5% artaraq 539,0 milyard ABŞ dolları təşkil edib. Əvvəlki rübdə bu göstərici 518,5 milyard dollar səviyyəsində idi.
Hesabat dövründə qısamüddətli xarici borclar 2,5% artaraq 170,7 milyard dollara, uzunmüddətli xarici borclar isə 3,9% artaraq 368,2 milyard dollara yüksəlib. Sektorlar üzrə dövlət sektorunun borcu 3,3% artaraq 197,9 milyard dollar, özəl sektorun borcu 4,2% artaraq 318,0 milyard dollar olub, Mərkəzi Bankın xarici öhdəlikləri isə 4,8% azalarak 23,1 milyard dollara geriləyib. Borcun valyuta strukturunda əsas pay 48,9% ilə ABŞ dollarına, 28,8% ilə avroya və 12,2% ilə Türkiyə lirəsinə məxsusdur.
21 Avqust 2026
21 Avqust 2026