Moskva məhkəməsi Telegram, Google və Microsoft-u cərimələdi

17:00 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Moskvanın Taqanski Rayon Məhkəməsi qadağan olunmuş məzmunu silmədiklərinə görə texnologiya giqantları aleyhinə qaldırılmış iddialar üzrə qərar qəbul edib.

Məhkəmənin qərarı ilə "Telegram" 3,8 milyon rubl, "Google" 3,8 milyon rubl və "Microsoft" 3,5 milyon rubl məbləğində cərimələnib.

Qeyd olunur ki, Rusiyada qanunvericiliyin tələblərini yerinə yetirmədiklərinə görə "Google", "Telegram" və "Microsoft" ilə yanaşı, "Apple", "TikTok" və digər xarici platformalara da dəfələrlə inzibati cərimələr tətbiq olunub.

Maliyyə sanksiyalarının həcmi böyüyür:

  • Google: 2021-ci ilin sonundan bəri şirkətə dövriyyəsi əsasında kəsilən cərimələrin ümumi məbləği 29 milyard rublu keçib. Şirkətin ölkədəki icra borcunun isə 20 milyard rubldan çox olduğu bildirilir.

  • Telegram: Şirkətin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilməklə yanaşı, təkcə bu ilin ilk 6 ayında Moskva məhkəmələri tərəfindən "Telegram"a kəsilən cərimələrin ümumi məbləği 100 milyon rublu aşıb.