12:08 - 20.08.2026
20 avqust, Fineko/abc.az. İranın Xarici İşlər Naziri Abbas Əraqçı sosial şəbəkə hesabında ABŞ-ın İrana qarşı elan etdiyi yeni iqtisadi təzyiq dalğasına münasibət bildirib.
Nazir "İqtisadi D-Day" adlandırılan bu təşəbbüsü Vaşinqtonun özünün görünməmiş dövlət borcu və artan faiz xərclərindən qaynaqlanan daxili krizisindən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.
Əraqçı ABŞ-ın uğursuz siyasətini davam etdirməsinin ona yalnız yeni məğlubiyyətlər gətirəcəyini və İran xalqının ABŞ-a olan düşmənçiliyini daha da artıracağını vurğulayıb. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı tarixin ən genişmiqyaslı iqtisadi əməliyyatına başlanılacağını və Tehranla iqtisadi əlaqələri sürdürən ölkələrin də ağır nəticələrlə üzləşəcəyini bəyan etmişdi.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026