12:17 - 18.08.2026
18 avqust, Fineko/abc.az. Çin Dövlət Təhlükəsizliyi Nazirliyi dövlətlə bağlı bir sıra qurumlara xüsusi hazırlanmış "Windows 10" əməliyyat sistemini kompüterlərdən çıxarmaq barədə göstəriş verib.
Qərar Pekinin kritik ABŞ texnologiyalarından istifadə ilə bağlı artan narahatlığı fonunda qəbul olunub və proqram təminatından imtina qrafikini bir neçə ay öne çəkib.
Sözügedən proqram versiyası "Microsoft" və Çinin dövlət şirkəti "China Electronics Technology Group Corp." arasında 2016-cı ildə qurulan "CMIT" birgə müəssisəsi tərəfindən Pekinin təhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq hazırlanmışdı. Əvvəlcə proqramın 2027-ci ilin fevralında istifadədən çıxarılması planlaşdırılsa da, məlumat təhlükəsizliyi riski səbəbindən proses sürətləndirilib.
Pekin mərkəzi dövlət orqanlarında xarici brendli kompüterləri yerli alternativlərlə əvəzləyir və hərbi, eləcə də həssas sahələrdə "Kylin Software" və "Tongxin Software Technology" kimi yerli əməliyyat sistemlərinin tətbiqini genişləndirir.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026