"Alphabet" Avstraliya bazarından 3,9 milyard dollar cəlb etdi – AI xərcləri borclanmanı artırır

17:21 - 19.08.2026


19 avqust, Fineko/abc.az. "Google"ın ana şirkəti "Alphabet" Avstraliya dolları ilə debüt istiqraz buraxılışı vasitəsilə 5,5 milyard Avstraliya dolları (3,89 milyard ABŞ dolları) cəlb edib. 3, 5, 10 və 20 illik müddətə buraxılan istiqrazlara investorlar tərəfindən 18 milyard Avstraliya dollarından çox sifariş daxil olub.

Bu addım böyük texnologiya şirkətlərinin süni intellekt (AI) layihələrini maliyyələşdirmək üçün nağd ehtiyatlar əvəzinə borc bazarlarına üz tutmasının bariz nümunəsidir. Şirkətlərin bu il AI sahəsinə 730 milyard dollardan çox vəsait xərcləyəcəyi gözlənilir. "Alphabet" Avstraliyanın "Kangaroo" borc bazarına daxil olan ilk AI nəhəngi olub.