Azərbaycanda noutbuk və kompüter istehsalı kəskin azalıb

12:13 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 762 ədəd noutbuk və 720 ədəd stolüstü kompüter istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə noutbuklar üzrə 46,7%, stolüstü kompüterlər üzrə isə 66,4% azdır.

Təkcə iyul ayında 70 ədəd noutbuk (ötən ilin iyulunda istehsal olunmayıb) və 433 ədəd stolüstü kompüter istehsal edilib. İyul ayında stolüstü kompüterlərin istehsalı 2025-ci ilin müvafiq ayı ilə müqayisədə 24% artıb.

Məlumat üçün bildirək ki, 2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk (+3,5%) və 2 920 ədəd stolüstü kompüter (-52%) istehsal olunmuşdu.