17:12 - 19.08.2026
19 avqust, Fineko/abc.az. Mikrosxem istehsalçısı "Marvell Technology" "Google" üçün xüsusi süni intellekt çiplərinin hazırlanması sazişi çərçivəsində axtarış giqantına 12,18 milyard dollar dəyərində səhm almaq hüququ verib.
Xəbərin ardından "Marvell"in səhmləri 11%-dən çox yüksəlib, əsas rəqibi "Broadcom" holdsinqinin səhmləri isə 3% ucuzlaşıb.
Şirkət "Google" üçün AI sürətləndiriciləri, şəbəkə və yaddaş texnologiyaları işləyib hazırlayacaq. "Nvidia"nın baha başa gələn prosessorlarına alternatillər axtaran şirkətlərin artması fonunda bu tür xüsusi çiplərə tələbat kəskin yüksəlib.