"CFI Financial"ın vəzifəli şəxsi cərimələndi – AMB qanunsuzluq aşkar etdi

12:04 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "CFI Financial İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Mərkəzi Bank tərəfindən investisiya şirkətində aparılan tematik yoxlamalar zamanı "İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları"nın tələblərinin pozulduğu müəyyən olunub.

Aşkarlanmış nizamnamə və standart kənaraçıxmalarına görə, qurumun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunub.