10:51 - 12.06.2023
12 iyun, Fineko/abc.az. “Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozlarını növbəti dəfə endirib.
ABC.AZ xəbər verir ki, “Goldman Sachs” bu addımı qlobal təklifin artması və tələbin azalması səbəbindən atdığını vurğulayıb.
Belə ki, “Goldman”, “Brent” markalı neft üçün ilin sonuna olan qiymət proqnozunu 90 dollardan aşağı salıb.
Qeyd edək ki, iyunun 11-də müştərilərə göndərilən məlumata görə, bank dekabr ayı üçün “Brent” markalı neftin bir bareli ilə bağlı proqnozunu 95 dollardan 86 dollara endirib.
Onu da qeyd edək ki, “Goldman”ın ilk endirimi deyil. Bundan əvvəl də “Goldman” qiymət endirimi edib.
Endirimin əsas səbəbi Çində ixracı azaldan bir sıra zəif məlumatlardan sonra yanacaq tələbi ilə bağlı narahatlıqların artmasıdır.
Müəllif: Elmir Murad