10:46 - 17.05.2023
17 may, Fineko/abc.az. Azərbaycanda banklar üçün maraqlı yenilik – yeni məhsul təqdim edilib.
ABC.AZ xəbər verir ki, "AzInTelecom" MMC-nin yeni məhsulu insanları, vətəndaşları, istifadəçilərin biometrik meyarlar əsasında identifikasiya etməyə imkan verir.
Belə ki, SİMA rəqəmsal imzası vasitəsilə fizioloji biometriya, üz tanıma sistemi tətbiq ediləcək: «Artıq məhsulun prototipi hazırdır və təşkilat bu məhsulun kommunikasiyasına başlayıb»-deyə bildirilib.
Yeni məhsulun – üz tanımanın əsas hədəf kütləsi dövlət qurumları, şirkətlər, eləcə də maliyyə qurumları – banklar, BOKT-lar və sığorta şirkətləri olacaq. Xüsuilə maliyyə təşkilatları SİMA-nın bu yeniliyindən istifadə edə bilərlər: «Bu qurumlar öz məhsul və xidmətlərində SİMA-nın yeni həllini tətbiq edə bilərlər. Məsələn bank kredit müraciətinə baxarkən istifadəçini identifikasiya etməlidirlər (yəni onun doğrudan da təqdim olunan şəxs olduğunu dəqiqləşdirməlidirlər.
14 Avqust 2026
14 Avqust 2026