Banklar üçün marqlı yenilik - Kreditləri belə də verəcəklər

10:46 - 17.05.2023


17 may, Fineko/abc.az. Azərbaycanda banklar üçün maraqlı yenilik – yeni məhsul təqdim edilib.

ABC.AZ xəbər verir ki, "AzInTelecom" MMC-nin yeni məhsulu insanları, vətəndaşları, istifadəçilərin biometrik meyarlar əsasında identifikasiya etməyə imkan verir.

Belə ki, SİMA rəqəmsal imzası vasitəsilə fizioloji biometriya, üz tanıma sistemi tətbiq ediləcək: «Artıq məhsulun prototipi hazırdır və təşkilat bu məhsulun kommunikasiyasına başlayıb»-deyə bildirilib.

Yeni məhsulun – üz tanımanın əsas  hədəf kütləsi dövlət qurumları, şirkətlər, eləcə də maliyyə qurumları – banklar, BOKT-lar və sığorta şirkətləri olacaq. Xüsuilə maliyyə təşkilatları SİMA-nın bu yeniliyindən istifadə edə bilərlər: «Bu qurumlar öz məhsul və xidmətlərində SİMA-nın yeni həllini tətbiq edə bilərlər. Məsələn bank kredit müraciətinə baxarkən istifadəçini identifikasiya etməlidirlər (yəni onun doğrudan da təqdim olunan şəxs olduğunu dəqiqləşdirməlidirlər.