15:09 - 14.08.2026
14 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev “Xarici ticarətin daha da liberallaşdırılması haqqında” və “Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə fərmanlarda dəyişiklik edilməsi haqqında yeni Fərman imzalayıb.
Dəyişikliklərə əsasən, Dövlət Gömrük Komitəsinin (DGK) xarici ticarət əməliyyatları üzrə hesabatlılıq dairəsi genişləndirilib.
Yeniliyin mahiyyəti:
DGK "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na uyğun olaraq, aylıq ixrac-idxal məlumatlarını növbəti ayın 15-dən gec olmayaraq aidiyyəti qurumlara təqdim etməlidir.
Bundan sonra həmin məlumatlar Prezident, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinə də göndəriləcək.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026