14:42 - 15.05.2023
15 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 6,7 milyard manat təşkil edib.
ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% çoxdur.
Belə ki, bu il mayın 1-nə qədər ölkədə 88 454 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.