17:24 - 12.05.2023
12 may, Fineko/abc.az. Bildiyiniz kimi, təqribən 1 ay əvvəl, aprel ayının ortalarında Azərbaycanın kosmosdakı “Azersky” peyki ilə əlaqə kəsilib, peyk fəaliyyətini dayandırıb.
ABC.AZ xəbər verir ki, peyklə əlaqə itiriləndən sonra dəyən zərərə görə sığorta ödənişi proseduruna start verilib.
Qeyd edək ki, “Azersky”, Azərbaycanın digər peykləri kimi, sığortalanıb.”Azərsky” peyki “Paşa Sığorta” şirkətində sığortalanıb. 2023-cü ilin yanvarında keçirilən tenderin qalibi olan “Paşa Sığorta” 518 min manat sığoğrta haqqı müqabilində «Azərsky» peykini 45 milyon manata sığortalayıb. Baş verən hadisəyə görə sığorta ödənişini də sözügedən şirkət ödəyəcək.
“Azərkosmos”un idarə heyətinin sədri Saməddin Əsədov bildirib ki, sığorta ödənişinin alınması prosesi təqribən 4-6 ay davam edəcək.
14 Avqust 2026
14 Avqust 2026