10:07 - 2.05.2023
2 may, Fineko/abc.az. Hindistan hökuməti gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində şəkərin istehsalının azalması və inflyasiya təzyiqinin qarşısını almaq üçün onun ixracını qadağan etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Hindistan hökumətindəki mənbəyə istinadən “Wion” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hazırda ölkədə gözlənilən 27,5 milyon ton daxili istehlak tələbini ödəmək üçün kifayət qədər şəkər var, lakin bu il ştat seçkiləri və gələn il Lok Sabha üçün seçkilər ərəfəsində hökumət risk etmək istəmir.
Vurğulanıb ki, artıq bir qrup nazir dəyirmanlara şəkərin xaricə göndərilməsini dərhal dayandırmağı tövsiyə edib.