10:41 - 1.05.2023
1 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “İxrac İcmalı” tərəfindən 2023-cü ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
ABC.AZ-ən məlumatına görə, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “Azərenerji” ATSC başçılıq edir. Siyahıda təmsil olunan digər şirkətlər isə bunlardır: SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Şəki Şərab” MMC, “ASK Tütün” MMC.