10:31 - 1.05.2023
1 may, Fineko/abc.az. “İxrac İcmalı” tərəfindən 2023-cü ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
ABC.AZ həmin reytinqə istinadən xəbər verir ki, sözügedən dövrdə qeyri-dövlət ixracatçı subyektləri arasında ilk onluqda təmsil olunan şirkətlər arasında birincilik “MKT İstehsalat Kommersiya” MMC-yə məxsusdur.
Növbəti yerlərdə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Global Cable” MMC, “Baku Steel Company” QSC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Almeyvə” MMC, “Khan-El” MMC gəlir.