12:10 - 28.04.2023
28 aprel, Fineko/abc.az. Rusiyanın ən böyük onlayn mağazası olan "Wildberries" şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin təsisçisi və baş direktoru Tatyana Bakalçuk bildirib. Onun sözlərinə görə, şirkət Azərbaycan, Gürcüstan və Tacikistan bazarlarına çıxış imkanlarını nəzərdən keçirir.
"Wildberries" onlayn mağazası özü üçün yeni olan ölkələrin - Azərbaycan, Gürcüstan və Tacikistanın bazarlarına çıxış məsələsini nəzərdən keçirir. Biz MDB-də genişlənməyi düşünürük, bəzi ölkələr bizimlə çalışdığımız ölkələrin arasında yerləşir. Məsələn, Azərbaycan, Tacikistan, həmçinin Gürcüstan kimi ölkələr haqqında düşünürük", - deyə bildirib.