İlham Əliyev bu Memorandumu təsdiqlədi

17:18 - 27.04.2023


27 aprel, Fineko/abc.az. Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarını həyata keçirməlidir.

Xarici İşlər Nazirliyinə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.