15:20 - 20.04.2023
20 aprel, Fineko/abc.az. ABŞ-ın texnologiya şirkəti “Seagate” ixrac nəzarətini pozduğuna görə cərimələnib.
ABC.AZ xəbər verir ki, bu barədə BBC-i məlumat yayıb.
Nüfuzlu televiziyanın yaydığı məlumatda qeyd edilib ki, şirkət ABŞ Ticarət Departament tərəfindən cərimələnib. Belə ki, departament heab edib ki, “Seagate Technology” “Huawei”yə 1,1 milyard dollar dəyərində mal göndərərək ixrac nəzarətini pozub. Elə bu səbəbdən də şirkət 300 milyon dollar cərmələnib.
“Seagate” 300 milyon dollarlıq cəriməni bağlamaq üçün 5 il ərzində hər üç ayda bir 15 milyon dollar ödəyəcək.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026