17:36 - 19.04.2023
19 aprel, Fineko/abc.az. “Google”un baş direktoru Sundar Piçai cəmiyyətin süni intellektin sürətli inkişafına hazırlaşmalı olduğunu bildirib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə S.Piçai “CBS” televiziyasına müsahibəsi zamanı bildirib.
O bildirib ki, “Google”un süni intellekt sisteminin necə işlədiyini özü də hələ tam başa düşməyib.
Cəmiyyətin buna uyğunlaşmasının lazım olduğunu bildirən Piçai, süni intellekt səbəbindən işini itirənlər arasında yazıçıların, mühasiblərin, memarların, hətta proqram mühəndislərinin də olacağını qeyd edib.
Süni intellektin sürətli inkişafı ilə bağlı gələcəkdə yalan və ya saxta məlumatların sürətlə yayılması hallarının daha çox olacağını bildirən Piçai, cəmiyyətin süni intellektin daha təhlükəsiz olması üçün tələb edilən qaydalara uyğunlaşmasının lazım olduğunu vurğulayıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026