Bu kolbasa və sosiskaları alarkən diqqətli olun - SİYAHI

11:29 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb.

ABC.AZ xəbər verir ki, nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.

6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Multimonitorinq Planının icrası məqsədilə kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrdə aşkarlanan uyğunsuzluqlara dair
 MƏLUMAT
Məhsulun istehsalçısı Məhsulun
 əmtəə nişanı
Məhsulun növü İstehsal tarixi Aşkarlanan uyğunsuzluq
1 "Səhliyalı" Kiçik Müəssisəsi "Səhliyalı" yarım hisə verilmiş "Servelat" kolbasası 10.02.2023 Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb
2 Rəhimovların Ailə Təsərrüfatı "Kəndli" bişirilmiş hisə verilmiş kolbasa 22.02.2023 Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb
3 "Sevilən Ad" MMC "Dilim-Dilim"  bişmiş "Lyubitelskaya" kolbasası 21.02.2023 Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb
4 "Əsl Dad"  bişmiş "Toyuq"  kolbasası 10.02.2023
5 "Əsl Dad"  bişmiş "Doktorskaya" kolbasası 20.02.2023
6 "Mir 2016" MMC "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasası 04.02.2023 Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si  aşkarlanmayıb
7 "M&T" Ltd firması "Sevimli Dad" əla növ südlü sosiska 05.02.2023 Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si  aşkarlanmayıb
8 "Səhliyalı" Kiçik Müəssisəsi "Halal 5+" "Sacüstü" halal sosiska 04.02.2023 Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si  aşkarlanmayıb
9 "Ovçular Ət və Ət Məhsulları" MMC "Ovçular" "Külləmə" halal sosiska 17.02.2023 Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb