11:21 - 6.04.2023
6 aprel, Fineko/abc.az. İstehlaka yararsız qida məhsulları məhv edilib.
ABC.AZ xəbər verir ki, bu barədə AQTA-dan (Qida Təhlükəsizliyi Agentliyi) bildirilib.
Məlumata görə, “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciəti əsasında ümumi çəkisi 28,126 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026