“Zara” Rusiyada yeni adla mağazalarını bərpa edir

14:03 - 5.04.2023


5 aprel, Fineko/abc.az. “Zara”nın yeni adlı mağazaları Rusiyada yazın sonuna qədər açılacaq.

ABC.AZ xəbər verir ki, “Zara”nın bütün mağazaları, eləcə də əvvəllər İspaniyanın Rusiyadakı Inditex qrupuna məxsus olan digər satış məntəqələri ilə bağlı planlar məlum olub.

Belə ki, sözügedən mağazalar yazın sonuna qədər ölkədə yeni rəhbərlik və adlar altında fəaliyyətə başlayacaq. Bu barədə dövlət katibi - sənaye nazirinin müavini və Rusiya Federasiyasının ticarət şöbəsinin müdiri Viktor Evtuxov bildirib:

"Aprel-may aylarında açılacaq bütün mağazalar hazırdır. Artıq yeni etiketli kolleksiyalar tikilərək Rusiyaya gətirilib".