16:40 - 4.04.2023
4 aprel, Fineko/abc.az. "Depo” apteklər şəbəkəsində dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələri aşkarlanıb.
ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, "Depo”nun 110 və 218 nömrəli apteklərində əməliyyat keçirilib.
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 9 iyun 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin dərman vasitələri qeyd edilən apteklərin xüsusi saxlanc yerində aşkar olunub götürülüb.
Hadisə zamanı sözügedən apteklər şəbəkəsinin qanuni təmsilçisi, 1987-ci ildə Bakı şəhərində doğulmuş, ali təhsilli Nicat (şərti) saxlanılıb və barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Artıq sözügedən apteklərlə bağlı istintaq işi yekunlaşaraq və Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə Nicat barəsində qərar da verilib.
Məhkəmənin qərarı ilə "Depo”nun 110 və 218 nömrəli apteklərinin qanuni təmsilçisinə 3000 min manat cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.