Azərbaycanda bal bahalaşıb

15:37 - 15.03.2023


15 mart, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanda balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, 2021-ci illə müqayisədə 5,5% çoxdur.

Ötən il ölkədə mumun 1 kiloqramının orta satış qiyməti 11,4 % artaraq 14,7 manat, vərəmumun 1 kiloqramının orta satış qiyməti 1,4 % azalaraq 91 manat, güləmin 1 kiloqramının orta satış qiyməti 12,1 % artaraq 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 13,85 % azalaraq 5,6 manat təşkil edib.