Türkiyədə ətin kilosu 27 manat oldu

17:28 - 10.03.2023


10 mart, Fineko/abc.az. Zəlzələdən zərər çəkmiş heyvandarlıq sektorunda Ramazan ayı öncəsi “xərclərin artımı” səbəbiylə son bir ayda ət qiymətləri 30 faiz artıb. Üstəlik dabaq xəstəliyinin yayılmasının artmasına səbəb olacağı ilə bağlı narahatlıqlar var. Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi qiymətləri sabitləşdirmək üçün idxalla bağlı tədbirlər görüb.

ABC.AZ xəbər verir ki, qırmızı ətin qiyməti bir ayda 30 faiz bahalaşıb. Milli Qırmızı Ət Şurasının məlumatlarına görə, bəzi bölgələrdə mal ətinin kəsim qiyməti 180 lirə (16.15 AZN) , orta hesabla 175 lirə (15.75 AZN) olub. Qəssablarda qiymə çəkisi 300 lirəyə (26.91 AZN) yaxın olub.

Ətin bu artımının səbəbi bəzi vilayətlərdə görülən dabaq xəstəliyi səbəbiylə heyvan bazarlarının bağlanması ilə izah edilərkən, xəstəliyin hələlik qiymətlərə əks oluna biləcək bir problem yaratmadığı da səlahiyyətlilər ifadə edildi.