17:11 - 28.02.2023
28 fevral, Fineko/abc.az. Azərbaycanda milli ixrac strategiyasının təsdiq edilməsi 2023-cü ilin ikinci rübündə gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı ilə qədər icrası nəzərdə tutulan milli ixrac strategiyasında yeni bazarlara çıxış, mövcud bazarlarda mövqeyin möhkəmlənməsi kimi işlər nəzərdə tutulub:
"Xarici və yerli ekspertlərin iştirakı ilə tərtib olunan bu strategiyada Azərbaycanın 100-dən çox potensialı olan məhsullar müəyyənləşdirilib və onların yeni və mövcud bazarlara ixracı ilə bağlı müvafiq işlər görüləcək".