Agentlik “Fərid” şadlıq sarayını bağladı

12:34 - 27.02.2023


27 Fevral, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları şadlıq evlərində monitorinqlər keçirir.

ABC.AZ xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən

Bərdə rayonu, Şirvanlı kəndində fəaliyyət göstərən fiziki şəxs Cəfərov Fəxri Musa oğluna məxsus “Fərid” şadlıq evində aparılan yoxlama aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, mətbəx sahəsində döşəmədə çirkab suların axıdılması məqsədi ilə drenaj sistemin qurulmadığı, qida ilə təmasda olan işçi masaların səthlərinin asan təmizlənmə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, işçi heyətin şəxsi gigiyenası məqsədi ilə əlyuma çanaqlarının yerləşdirilmədiyi və digər nöqsanlar aşkar olunub.

Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.