12:50 - 22.08.2026
22 avqust, Fineko/abc.az. Çinin "Z.ai" şirkəti proqram kodlarında zəifliklərin (kiberboşluqların) tapılması üzrə "Anthropic" şirkətinin göstəricilərinə yaxınlaşan yeni açık kodlu "GLM-5.3" süni intellekt modelini yaradıb.
"CyberGym" təhlükəsizlik testinin nəticələrinə əsasən, "GLM-5.3" modeli kodlardakı zəifliklərin aşkar olunmasında 84,5% nəticə göstərərək "Anthropic Mythos 5" göstəricisini (83,8%) geridə qoyub. Lakin kiberhücum ssenarilərinin (eksploitlərin) yaradılması kimi daha mürəkkəb tapşırıqda "Anthropic" 78%-lə liderliyini qoruyur ("GLM-5.3" üzrə bu göstərici 54,4%-dir).
"Z.ai" modelin kodlarını açıq istifadəyə verməyi planlaşdırsa da, əlavə təhlükəsizlik yoxlamaları üçün prosesi iki həftə təxirə salıb. Şirkət modelin ən təhlükəli funksiyalarına çıxışı yalnız təsdiqlənmiş istifadəçilərə təqdim edəcək.