12:47 - 22.08.2026
22 avqust, Fineko/abc.az. Rusiyanın "VK" (VKontakte) texnologiya holdinqi tətbiqlərinin "App Store"dan silinməsinə görə "Apple Inc.", "Apple Distribution International Ltd" və "Apple Rus" MMC-yə qarşı Moskva Arbitraj Məhkəməsində iddia qaldırıb.
Holdinq tətbiqlərin rəqəmsal mağazaya qaytarılmasını, istifadəçilərə bildirişlərin göndərilməsi imkanının bərpa olunmasını və qərarın icra edilmədiyi hər gün üçün dəymiş ziyanın ödənilməsini tələb edir.
İddia şərtlərinə əsasən, "VK" tətbiqlərin "App Store"da olmadığı hər gün üçün "Apple" şirkətindən 58 milyon rubl (təxminən 600 min ABŞ dollarından çox) məbləğində dəbbə pulunun tutulmasını tələb edir.