16:25 - 23.02.2023
23 fevral, Fineko/abc.az. 2022-ci ildə Azərbaycana kondisioner idxalı 2021-ci illə müqayisədə 35,5% - 202,864 min ədədə qədər artıb.
ABC.AZ interfax-a istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $65 milyon 103,9 min məbləğində (artım 59,4%) qiymətləndirilir.
Ötən il Azərbaycana $152 milyon 695,4 min dəyərində (artım 7,5%) 596,835 min ədəd (azalma 19,4%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 18,8% - 166,418 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $43 milyon 138,7 min (azalma 5,3%) təşkil edir.