“Azərkosmos” 41 ölkəyə xidmət həyata keçirib

14:49 - 30.12.2022


30 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 41 ölkəsinə 24 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

ABC.AZ xəbər verir ki, “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib.

2022-ci ilin noyabr ayında isə “Azərkosmos” dünyanın  34 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. 2022-ci ilin yanvar-noyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 5,3 milyon ABŞ dolları ilə Fransa, 4 milyon ABŞ dolları ilə Lüksemburq, 2,1 milyon ABŞ dolları ilə BƏƏ və 1,3 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.