11:59 - 15.12.2022
15 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 milyard 089,591 milyon manat təşkil edib.
ABC.AZ DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,3% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 16,3% artaraq 1 milyard 261,014 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 35,8% artaraq 3 milyard 621,416 milyon manat, aksizlər üzrə daxilolmalar 2,3% artaraq 149,815 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 43,5% artaraq 57,346 milyon manat olub.