Bu dəhlizlə yük daşımalarının həcmi 15 milyon tona çatdırılacaq

11:12 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. "Şimal-Cənub" Beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaların həcmi 15 milyon tona çatdırılacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizi indiki zamanda kifayət qədər inkişaf etmiş infrastruktura malikdir. Dəhlizin zəif hissələrinin müəyyən edilməsi və işlərin aparılmasına çalışılır.

Baş nazirin müavini əlavə edib ki, artan tələbatı nəzərə alaraq Rusiya tərəfi ilə gömrük keçid məntəqələrinə baxış keçirilib. "Bir yerdə yükdaşıma qabiliyyətini bir neçə dəfə artıra bilərik. 2030-cu ilə kimi dəmiryolu ilə 15 milyon tona çatdırılması nəzərdə tutulub. Bura avtomobil və dəniz yolu ilə daşımaları da əlavə etmək lazımdır".