Azərbaycan 8 ayda Avropaya bu qədər qaz satıb

14:54 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan qaz ixracını 23 % artırıb.

ABC.AZ-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında qeyd edib.

Onun sözlərinə görə, cari ilin 8 ayı ərzində Avropaya 7,3 milyard kubmetr, Türkiyəyə 5,4 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz ixrac olunub.

Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.