09:30 - 24.08.2026
24 avqust, Fineko/abc.az. ABŞ dollarının ucuzlaşması fonunda qızılın qiyməti bazar ertəsi günü son 3 ayın en yüksək səviyyəsinə çatıb.
Spot qızılın bir unsiyası 0,8% bahalaşaraq 4 641,27 dollara qalxıb ki, bu da mayın 15-dən bəri ən yüksək göstəricidir. Ötən həftə də qızıl 5%-dən çox dəyər qazanmışdı. ABŞ-də qızıl fyuçersləri isə 0,4% artaraq 4 697,70 dollara çatib.
Dolların zəifləməsi digər valyutalardan istifadə edən investorlar üçün qızılı daha cəlbedici edir. Piyasaların diqqətində bu həftə açıqlanacaq ABŞ inflyasiya göstəriciləri (PCE) və Fed sədri Kevin Varşın Cekson Houldakı çıxışı yer alır.
Gümüş 68,98 dollar, platin 1 878,88 dollar, paladium isə 1 350 dollar səviyyəsində qalıb.
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026