Məsud Pezeşkian: "Müharibə güclü olduğumuz bir vaxtda başa çatmalıdır"

17:36 - 21.08.2026


21 avqust, Fineko/abc.az. İran Prezidenti Məsud Pezeşkian İslam Təbibləri Birliyinin Baş Assambleyasında ABŞ ilə müharibəyə dair vacib bəyanatlarla çıxış edib. O bildirib ki, hərbi əməliyyatların davam etdirilməsi mütləq hədəf deyil; ölkənin nüfuzunu və qazanclarını qoruyaraq müharibəni yekunlaşdırmaq lazımdır.

Pezeşkian vurğulayıb ki, İranın güclü olduğu və qələbəsinin dünya tərəfindən qəbul edildiyi bir məqamda müharibəni bitirmək ən doğru addımdır. Bununla belə, o, bu addımın geri çəkilmək mənasına gəlmədiyini, təzyiqlərə baş əyməyəcəklərini və hər bir təcavüzə sarsıdıcı cavab veriləcəyini qeyd edib.

Dövlət başçısı Pakistanın vasitəçiliyi ilə ABŞ ilə imzalanmış razılaşmanı İran üçün "şərəfli və dəyərli" sənəd adlandırıb. O bildirib ki, Milli Təhlükəsizlik Ali Şurasında təsdiqlənən bu razılaşmada təslimçilik mənasına gələn heç bir bənd yoxdur və öhdəliklər qarşı tərəfin üzərinə düşür. Pezeşkian çıxışının sonunda daxili birliyin vacibliyini xüsusi vurğulayıb.