10:03 - 24.08.2026
24 avqust, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorş cümə günü Cekson Houl İqtisadi Siyasət Simpoziumunda rəhbər kimi ilk çıxışını edəcək. Maliyyə bazarları Uorşun inflyasiya və faiz dərəcələrinin gələcəyinə dair verəcəyi mesajlara diqqət yetirir.
İyul iclasından sonra FED sədrinin verdiyi açıqlamalar qeyri-müəyyən qarşılanmış və uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliyini artırmışdı. ABŞ-də inflyasiyanın FED-in 2%-lik hədəfindən yüksək qalması фоnunda, bu həftə açıqlanacaq Fərdi İstehlak Xərcləri (PCE) indeksinin illik 3,6% artacağı proqnozlaşdırılır.
Kevin Uorşun çıxışında yalnız faiz siyasətini deyil, həm də FED-in strukturunda nəzərdə tutulan islahatları və qurumun kommunikasiya strategiyasını öne çıxaracağı ehtimal edilir.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026